İranın Şərqi Azərbaycan əyaləti İslami Mədəniyyət və İrşad İdarəsi bu il Şəhriyarı anma mərasimi keçirmək niyyətini açıqlayıb.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, sözügedən idarənin rəhbəri Şahmuradi bildirib ki, “Ustad Şəhriyarın şeirlərində xalq mədəniyyəti” adlı tədbir beynəlxalq elmi mahiyyət daşıyacaq.
Səfipur qeyd edib ki, bununla yanaşı Təbrizdə 12-ci Beynəlxalq Kitab yarmarkası da keçiriləcək.