25 İyun 2019 10:43
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə aktrisanın özü məlumat verib.

O, buna görə dövlət başçısına təşəkkür edib:

“Möhtərəm, cənab Prezident!

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir.

Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanimizi qorusun”.


Müəllif: Mənsur Rəğbətoğlu