10 Sentyabr 2014 10:37
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

iPhone 6 təqdim edildi

Apple, maraqla gözlənilən yeni nəsil ağıllı telefonları iPhone 6 və iPhone 6 Plusu təqdim etdi. iPhone istifadəçiləri, kredit kartı ilə alış-veriş etmək yerinə telefonlarını istifadə edərək ödəniş edə biləcəklər.

Apple Kaliforniyanın Cupertino qəsəbəsində təşkil etdiyi təqdimatda yeni iPhone modellərini açıqlayıb. Apple, iPhone 6 ilə iPhone 6 Plusu rəsmi olaraq təqdim edib. 4.7 və 5.5 düymlük ekranlara malik olan yeni iPhone-lar 10 gün sonra, yəni 19 Sentyabrda satış çıxacaq. Yeni iPhone-nun ilk baxışda diqqət çəkən xüsusiyyətləri daha incə, daha sürətli və daha böyük olmasıdır.

KREDİT KARTI KİMİ İSTİFADƏ EDİLƏCƏK

Apple-in İcraçı direktoru Tim Cookun şərhlərinə görə, yeni iPhone istifadəçiləri kredit kartı ilə alış-verş etmək yerinə telefonlarını istifadə edərək ödəniş edə biləcəklər.

YENİ iPHONE-un XÜSUSİYYƏTLƏRİ

iPhone 6 modeli 4.7 düym ekran genişliyinə və 6.9 mm qalınlığa, iPhone 6 Plus isə 5.5 düym ekran genişliyinə və 7.1 mm qalınlığa malikir. Telefonların uzunluğu müvafiq olaraq 12 və 14 sm təşkil edir.Telefondakı A8 prosessorun bir əvvəlki model iPhone-lar ilə müqayisədə 50 qat daha sürətlidir. Apple, iPhone 6 ilə pul kisəsi daşıma dövrünü də sona çatdırmağa istiqamətli bir hücum edir. iPhone 6 istifadəçiləri, NFC (Near Field Communication- Yaxın Sahə Rabitəsi) ilə mobil ödəniş imkanına sahib olacaqlar (ApplePay-ödəniş sistemi). Yeni iPhone, 8 meqa piksellik kamerası sayəsində saniyədə 240 kadr fotoşəkil çəkə bilir.

iPHONE 4 TARİX OLUR

iPhone 6-nı təqdim edən Apple, iOS 8 əməliyyat sisteminin iPhone 4-də işləməyəcəyini açıqlayıb. İphone 6 ilə birgə istifadəçilərin ixtiyarına verilən iOS 8, iPhone 4S və üst modellərə yenilənmə edilərək yüklənə biləcək.

VƏ.... APPLE WATCH

Apple, maraqla gözlənilən ağıllı saatı Apple Watch-u da təqdim edib.


Müəllif:

Oxşar xəbərlər