1 May 2014 09:40
3 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kino xadimləri 50 azərbaycanlı gənclə bir araya gəldilər

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, “Addım” Gənclər təşkilatı ilə bərabər yeni sosial layihə həyat keçirib.

Teleqraf.com-un xəbərinə görə, “İnsan hüquqları təlim müsabiqə” proqramında Azərbaycanın müxtəlif regionlarından 50 gənc iştirak edib. Layihə çərçivəsində gənclər insan hüquqları mövzusu üzrə mütəxəssislər və kino xadimlərinin ustad dərslərində iştirak ediblər. 3 gün ərzində Bakıdakı hotellərin birində bir araya gələn addımçılar kinoşünas Ayaz Salayev, dramaturq Əli Əmirli, hüquqşünas Şaiq Qəhrəmanov və prodüser Hüseyn Cavadzadənin dərslərində iştirak edib mövzu ilə bağlı filmlər izləyiblər. Layihənin növbəti mərhələsində isə təlimdən bəhrələnən gənclərin ideyalarının reallaşdırılması üçün təşkilat komitəsinin texniki bazasında film çəkimlərinə start veriləcək.

Sonda “İnsan hüquqları” mövzusunda ən uğurlu filmlərin müəllifləri mükafatlandırılacaqlar. Layihənin 18 iyun Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi günündə təntənəli tədbirlə yekunlaşdırılması gözlənilir.

Nərmin


Müəllif: