17 Sentyabr 2014 17:21
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrı yeni mövsümü sentyabr ayının 21-də Üzeyir Hacıbəylinin Şərq və müsəlman aləmində ilk operası olan “Leyli və Məcnun”la açacaq. Tamaşada Məcnunu Mənsum İbrahimov, Leylini Nəzakət Teymurova canlandıracaq.

Mənsum İbrahimov Teleqraf.com-a açıqlamasında bildirib ki, Məcnun rolunu oynayanda hər zaman məsuliyyət hissi keçirir: “Məcnun yaradıcılığımda çox mühüm yer tutur. Çünki mən geniş tamaşaçı kütləsinə məhz bu əsərlə tanınmışam. Bu obraz hər zaman mənə əzizdir. Bir sözlə ideal obrazımdır. Əvvəllər Azərbaycan Televiziyasının efirində Arif Babayevlə Zeynəb Xanlarovanın “Leyli və Məcnun” tamaşasını tez-tez yayımlayırdılar. Hər dəfə o əsərə baxanda ürəyimdən bir hiss keçirdi: “Kaş bir gün mən də Məcnunu oynayardım. İstər qadın, istərsə də kişi olsun fərqi yoxdur, bütün xanəndələrin arzusu Leyli və Məcnunu oxumaqdır. Bu sənətimizdə bir zirvə sayılır”.

O həmçinin bildirib ki, “Leyli və Məcnun”un öz tamaşaçıları var. Son zamanlar müşahidələrimə əsasən deyim ki, gənclərin bu tamaşaya daha çox gəldiyinin şahidi oluram. Bu məni çox sevindirir. Çünki bu hansısa şou tamaşa deyil, bu muğam opera tamaşasıdır”.

Nəzakət Teymurova isə bildirib ki, Leylini ifa etmək operada ən zirvə pillədir:

“Bütün xanəndələr Leylini ifa etməyə can atırlar. Mənim qismətimdən Opera və Balet Teatrında elə ilk rolum məhz Leyli olub. Bilirsiniz, Leylidən sonra canlandırmaq istədiyim elə bir obraz yoxdur”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər