8 Oktyabr 2014 10:54
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “İçəri Şəhər” adlı tammetrajlı bədii filminin istehsalına başlanılıb.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, psixoloji dram janrında olacaq filmin quruluşçu rejissoru İlqar Safatdır.

Ekran əsərinin ssenari müəllifləri Təhminə Cəbrayıl və İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Hazırda hazırlıq dövründə olan film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər