12 Oktyabr 2014 16:57
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın nüfuzlu “Trud” qəzetində Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “Media Holding” şirkətinin baş icraçı direktoru İvan Mihalevin “Мерси, Баку” (Bakı, təşəkkür edirəm) sərlövhəli məqaləsi dərc edilib.

Teleqraf.com-un məlumatına görə, məqalədə “Odlar Yurdu” - Azərbaycan barədə təəssüratlarını bölüşən müəllif, Bakının gözəlliyinə, xüsusilə Alov qüllələri, dənizkənarı bulvar və paytaxtın işıqlı gecələrinə heyran qaldığını vurğulayıb. Yazıda Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizdə aparılan abadlıq işləri, infrastruktur yenilikləri qeyd edilib.

İ.Mihalev Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin dünyanın ən möhtəşəm memarlıq əsərlərindən olduğunu vurğulayıb. O, sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının, siyasətçilərin, nüfuzlu şəxslərin qatıldıqları Forumun bəşəriyyət qarşısında duran bir çox aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.

Müəllif, həmçinin 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda - Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə təşkil olunacağını vurğulayaq, bu mötəbər idman tədbirinə hazırlıq işlərinin yüksək səviyyədə və sürətlə aparıldığı barədə məlumat verib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.trud.bg/Article.asp?ArticleId=4361626


Müəllif:

Oxşar xəbərlər