14 Oktyabr 2014 03:07
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Ragusa Oggi” xəbər saytında IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı ətraflı məlumatların yer aldığı yazı yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, yazıda tədbirə dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın iştirakçının qatıldığı bildirilir. Məqalədə Heydər Əliyev Mərkəzində təşkil olunan Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə yer verilir, tədbirin panel sessiyalarında bütün dünya ölkələrini maraqlandıran qlobal mövzuların müzakirə olunduğu vurğulanır.

İtaliya nümayəndə heyətinin Forumda fəal iştirak etdiyini oxucuların diqqətinə çatdıran müəllif bildirir ki, bu tədbir bəşəriyyətin universal dəyəri olan mədəniyyətlərarası dialoq anlayışının gündəmə gətirilməsi istiqamətində Azərbaycan tərəfindən yaradılan əvəzsiz bir imkandır. Azərbaycan belə bir tədbiri təşkil etməklə dünyanın qlobal problemlərinə görə məsuliyyət daşıyan, yeni minilliyin çağırışlarına qulaq verən beynəlxalq bir aktora çevrildiyini sübut edir.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq mümkündür:
http://www.ragusaoggi.it/47741/per-l-azerbaigian-gli-aspetti-umanitari-sono-alla-base-delle-relazioni-tra-paesi


Müəllif:

Oxşar xəbərlər