Əməkdar artist Səlim Abbasovun anası ağır vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yayımladığı videoda danışıb: “Üç gün öncə atam Vaqif Abbasovu 69 yaşında itirdim. Bakıda olmadığım üçün atama kömək edə bilmədim. Atamın ölüm xəbərini eşidən anamın qəflətən halı pisləşib. Ona təcili yardım gəlib, xəstəxanaya aparıblar.
Anamı bir neçə xəstəxana qəbul etməyib. Sonda onu Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriblər. Anam hazırda yaşamaq uğrunda mübarizə aparır..."
Daha sonra əməkdar artist Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: "Mehriban xanım, Siz sənətkarlara yüksək səviyyədə diqqət edirsiniz. Göydə Allah, yerdə Siz. Sizdən anamı yüksək avadanlıqlarla təmin edilən xəstəxanaya yerləşdirməyinizi və həkimlərə etibar etməyinizi xahiş edirəm. Atamı torğapa tapşırdım, anamı da itirsəm məhv olaram”.
Qeyd edək ki, Səlim Abbasovun atası koronavirusdan dünyasını dəyişib.