7 Aprel 2021 09:13
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.

Teleqraf.com-un xəbərinə görə, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. Əvvəlcə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni maarif şöbəsinin “Özfəaliyyət teatr kollektivinin rəhbəri” fakültəsini, daha sonra Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni maarif fakültəsini bitirib.

1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında, 1994-cü ildə Dövlət Gənclər teatrında sərəncamçı direktor vəzifələrində, 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında dirketor, 2009-cu ildə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini, 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor vəzifəsində çalışıb.

2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini olub.

2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəri idi.

3 may 2011-ci idə prezidentin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb.


Müəllif: Teleqraf.com