“Aydın yol” qəzetində bəzi əməkdaşlar gözləntiləri doğrultmadığı üçün onlarla bağlanmış müqaviləyə xitam verilib",
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud “Aydın yol” qəzetinin iki əməkdaşının adı çəkilən nəşrdən uzaqlaşıdırılmasına münasibət bildirərkən qeyd edib.
A.Məsud əlavə edib ki, Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn məsələ ilə bağlı ətraflı məlumat verib.
Fərid Hüseyn Teleqraf.com-a deyib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin bəzi əməkdaşları gözləntiləri doğrultmadığı üçün onlarla bağlanılan xidməti müqavilənin müddəti uzadılmayıb. Qəzetin əməkdaşlarının maaşı, qonorar və nəşr xərcləri Mərkəz tərəfindən ödənilib. Bu mənada rəhbərliyin qəzetin kadr məsələsinə müdaxilə etməsi normaldır.
F.Uğurlunun istefasına gəlincə, F.Hüseyn bildirdi ki, o, Tərcümə Mərkəzi ilə bağladığı müqavilənin başa çatdırılması üçün müraciət etməyib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, kadr islahatları “Aydın yol” qəzetinin fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək: "Qəzet fəaliyyətini davam etdirəcək".
Ruslan