14 Avqust 2022 01:56
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərlə bağlı iki hissəli sənədli film çəkiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) məlumat yayıb. Bildirilir ki, film “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində çəkiləcək.

Sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.

Layihə çərçivəsindən hazırlanan filmlərin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər