19 Yanvar 2023 23:12
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Uill Smit İnstaqramda Xcho qrupunun “Me and You” mahnısının remiksi altında video yayımlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyadan olan pərəstişkarları sənətçiyə dəstək olub və mahnını rus dilində yayımladığına görə ona təşəkkür ediblər.

Ukraynalı istifadəçilər şərhlərdə Smiti tənqid ediblər.

“Ukraynanı dəstəkləyirsinizsə, xahiş edirik, rus mahnılarından istifadə etməyin”; “Siz Rusiya tərəfdarısınız? Dayan"; "Bircə rus mahnısı yox" deyə ukraynalılar etirazlarını bildiriblər.

Smit hələ də tənqidlərə cavab verməyib.


Müəllif: Pərvin Cəfərova