3 Fevral 2023 15:39
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli şair, yazıçı və tərcüməçi Zahid Saritorpağın yubiley tədbiri keçirilib.

Teləqraf.com xəbər verir ki, tədbiri aparan yazıçı Orxan Fikrətoglu Zahid Saritorpağın yaradıcılığından söz açıb, onun ədəbi fəaliyyəti haqda məlumat çatdırıb.

Çıxış edən Azərbaycan jurnalınin baş redaktoru İntiqam Qasımzadə Zahid Saritorpağın nəşr əsərlərinin məziyyətlərindən söz açıb.

Daha sonra Əlisamid Kür, Fəxri Uğurlu, Mübariz Örən, Qurban Yaquboğlu və başqaları yubilyar haqda ürək sözlərini deyiblər.

Zahid Sarıtorpaq 1957-ci il mayın 11-də Şamaxı rayonunda doğulub. 1981-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. "Üfürülmüş çırağın ruhu" (şeir, 2009), "Tək işığın haləsi" (şeir, 2013), "Dərdin sarı çəpkəni" (nəsr, 2017) "Quşların intiharına ağlamayın" (nəsr, 2019) və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Dünya ədəbiyyatının bir sıra məşhur əsərini dilimizə çevirib.

1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildə Prezident Təqaüdçüsü olub.


Müəllif: Foto: Elnur Muxtar