7 Fevral 2023 14:58
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində yeni Ekspert Şurası yaradılıb.

Bu barədə Teleqraf.com-a kinostudiyanın mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib.

Məqsəd dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirməkdir.

Beş nəfərdən ibarət Şuraya sədrlik əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərova tapşırılıb.

Şuranın üzvləri Xalq artisti, aktyor, rejissor, ssenarist Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, prodüser, rejissor Əli İsa Cabbarov, dosent, ssenari üzrə kitabların müəllifi Gülşən Qafarovadır.

Ekspert Şurasının məsul katibi redaktor Leyla Vəzirzadədir.

Qeyd edək ki, ötən ilki Ekspert şurasının tərkibində Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İmandır, Leyla Vəzirzadə təmsil olunurdu.


Müəllif: Nərmin

Oxşar xəbərlər