Fransanın "On the Adamant" sənədli filmi Berlin Film Festivalında ilin ən yaxşı filmi kimi "Qızıl Ayı"nın sahibi olub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, rejissoru fransız rejissor Nikolas Filibert olan film Parisin mərkəzində Sena çayının sahilində yerləşən psixi sağlamlıq mərkəzində xəstələrin və baxıcıların hekayəsindən bəhs edir.
72 yaşlı Philibert on birinci filmi üçün Sena çayında lövbər salmış bir barjada aylar keçirərək, xəstələrinin yaradıcı ehtiyaclarına diqqət yetirən müəssisənin xronikasını lentə alıb.