Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Kosmik Stansiyada lentə alınan “Çağırış” filminin istehsalını yüksək qiymətləndirib.
Teleqraf.com “TASS”a istinadla xəbər verir ki, Rusiya prezidenti layihəni dünya kinosu üçün unikal hadisə hesab edib
“Çox simvolik adı olan “Çağırış” filminin komandası əsl sivil, insani davranış nümayiş etdiriblər. Onlar gözəl, elmi və təhsil layihəsi həyata keçiriblər”, - deyə Putin bildirib.
Bir müddət əvvəl Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Rusiya istehsalı olan “Çağırış” filminin 20 ölkədə böyük ekranlarda nümayiş etdiriləcəyini bildirib. Onun sözlərinə görə film aprelin 27-də Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İran, Sudanda göstəriləcək.
Filmin rejissoru Klim Şipenkodur. Film astronavtı (Yuliya Peresild) xilas etmək üçün Beynəlxalq Kosmik Stansiyaya gedən cərrahdan bəhs edir. Dram janrında olan film aprelin 20-də ekranlara çıxacaq.
Rollardan birində Rusiya qəhrəmanı, pilot-kosmonavt Oleq Novitski çəkilib.