“ADDIM” Gənclər Təşkilatı “ADDIMla” adlı yeni layihəyə start verib.
Təşkilatın sədr müavini Aynur Salmanova Teleqraf.com-a verdiyi açıqlamada bildirib ki, layihənin məqsədi yaradıcı, istedadlı, müxtəlif sahələrdə aktiv olan gəncləri ictimaiyyətlə tanış etmək, onların gələcək uğurlarına vəsilə olmaq və cəmiyyətimizin digər gənclərini də bu vasitə ilə ruhlandırmaq, fəallaşdırmaqdan ibarətdir. Onun sözlərinə görə, hər həftənin çərşənbə axşamı Chatbox kanalında Seyran Babayevin təqdimatında canlı yayımlanacaq “ADDIMla” proqramının qonaqları istedadlı, fərqli və yaradıcı gənclər olacaq: “Gənclər uğur qazandıqları sahələrdən danışacaq, gələcək planlarını bölüşəcək, digər gənclərə səslənəcək, onlara tövsiyələrini çatdıracaqlar. Hesab edirik ki, Azərbaycanı dünya səviyyəsində tanıtmağa qadir olan gənclər var, onların, sadəcə, tapılması, üzə çıxarılması lazımdır”.
Nərmin