13 Avqust 2023 01:18
10 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dönəmə damğa vuran "Vicdan haqqı" serialının baş qəhrəmanlarını canlandıran Elxan Yunis və Kəmalə Müzəffər uzun aradan sonra yenidən ekranda tərəf müqabili olacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə aktyor və prodüser Cövdət Şükürov məlumat verib.

O qeyd edib ki, onlar Xəzər TV-nin efirində yayımlanacaq serialda oynayacaqlar.

"Yeni mövsümdə bütün seriallar çəkilsin qırağa sadəcə bizə baxsın. 1- ci bölümə baxandan sonra bu seriala baxmayan adam olmayacaq"-, deyə Şükürov bildirib.

Layihə rəhbəri Cövdət Şükürov, serialın quruluşcu rejissoru Ramin Nəbiyev, ssenari müəllifi Gəray Həsənovdur.

Serialda rolları Elxan Yunis, Kəmalə Müzəffər, Arzum Kərimova, Zemfira Əbdülsəmədova, Sənan Kazımov, Cövdət Şükürov, Aysel Nəsirzadə, Tural Baxış canlandıracaq.


Müəllif: Pərvin Cəfərova