14 Avqust 2023 20:12
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Özgü Namalın "Kızıl qoncalar" serialında yaradacağı obraz məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda televiziya tənqidçisi Sina Koloğlu məlumat verib.

Onun sözlərinə görə, Özgü Namal çox təsirli bir hekayənin baş rolu olacaq.

Özgünün canlandıracağı Məryəm obrazı evlərə təmizliyə gedir. Həkim Levent rolunda Özcan Dənizlə təmizlikçi Özgü Namalın yollarının kəsişməsi onları keçmişlərinə aparacaq. Levent və Məryəm fərqli dünyalardan olan insanlardır, lakin onların bir-birləri ilə tanış olmasına imkan verən keçmişlərindən gələn bir sirdir. Bu sirr serialın ən əhəmiyyətli çəkim gücüdür.

1978-ci il təvəllüdlü Özgü sonuncu dəfə "Merhamet" serialında pərəstişkarlarının qarşısına çıxıb. Evliliyi, sakit və tənha həyatı seçməsi, iki övlad dünyaya gətirməsi və həyat yoldaşını ağrılı şəkildə erkən itirməsi ilə dəfələrlə gündəmə gələn aktrisa 9 ildən sonra yenidən çəkiliş meydançasında olacaq.

Özcan Denizlə birlikdə rol aldığı "Kızıl qonçalar" serialını qəbul edərək pərəstişkarlarını sevindirən Özgü Namal çox təsirli bir hekayənin baş rolu olacaq.


Müəllif: Pərvin Cəfərova