Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova qəzəblənib.
Teleqraf.com xəbər verir ki, aktrisa onun haqqında yalnış fikirlər yaradan insanları sosial şəbəkədə sərt tənqid edib:
“Artıq neçənci dəfədir, eşidirəm ki, kimlərsə mənimlə iş birliyi qurmaq istərkən, bəzi bədxahlar haqqımda “O çox kaprizli aktrisadır” kimi fikirlər yürüdərək işlərimə mane olurlar. Ay yaltaqlar, ay üzdəniraqlar!!! Hüsniyyə işinə son dərəcə məsuliyyətlə yanaşırsa, Hüsniyyə özünə, sənətinə hörmət edirsə, sizin kimi yaltaqlıq etmirsə demək Hüsniyyə kaprizli aktrisadır? Bədbəxtlər, sizin gözünüzdə tor var. Sonunuz heçdir. Ruzini verən Allahdır, məni Allah sevsin. Şükür bu günümə…Əgər bu vaxta qədər hansısa bir uğur əldə etmişəmsə bunu istedadıma və Allahıma güvənərək əldə etmişəm. Sizin kimi onun bunun ayağını qazıyıb, yaltaqlıq etməmişəm”.
Pərvin