13 Yanvar 2015 10:47
791

Los-Anceles şəhərində məşhur "Qızıl qlobus" kino mükafatının 72-ci təqdimat mərasimi keçirilib. Mükafat bir neçə nominasiya üzrə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, "Ən yaxşı ssenari" nominasiyasında "Bördmen" filmi qalib gəlib. "Ən yaxşı rejissor işi" kateqoriyasında qalib "Yeniyetməlik" kinolentinə görə Riçard Linkleyter elan edilib.

Komediya janrı üzrə "Ən yaxşı aktrisa" nominasiyasında "Böyük gözlər" filmində oynayan Emi Adams mükafatlandırılıb. Koen qardaşlarının "Farqo" serialı "Ən yaxşı teleserial" kateqoriyasında qalib seçilib.

Teleqraf.com qaliblərin siyahısını təqdim edir :

Ən yaxşı dram filmi: "Yeniyetməlik"
Ən yaxşı komediya və myuzikl: "Qrand Budapeşt Oteli"
Dram filmində ən yaxşı aktyor: Eddi Redmeyn "Stiven Hokinqin kainatı"
Komediya və ya myuziklda ən yaxşı aktyor: Maykl Kiton "Bördmen"
Dramatik filmdə ən yaxşı aktrisa: Culiann Mur "Hələ də Elis"
Komediya və ya myuziklda ən yaxşı aktrisa: Emid Adams "Böyük gözlər"
Ən yaxşı ikinci plan aktyoru: С.K.Simmons "Tutulma"
Ən yaxşı ikinci plan aktrisası: Patritsiya Arket "Yeniyetməlik"
Ən yaxşı rejissor: Riçard Linkleyter "Yeniyeyməlik"
Ən yaxşı ssenari: "Bördmen"
Ən yaxşı xarici film: "Leviafan"
Ən yaxşı animasiya filmi: "Əjdahanı necə əhliləşdirmək olar 2"
Ən yaxşı mahnı: Glory "Selma"
Ən yaxşı musiqi: "Stiven Hokinqin kainatı"
Ən yaxşı dramatik serial: "Məşuqlar"
Dramatik serialda ən yaxşı aktyor: Kevin Speysi "Kart evcik"
Dram serialında ən yaxşı aktrisa: Rut Uilson "Məşuqlar"
Ən yaxşı komediya serialı: "Aşkar olan"
Komediya serialında ən yaxşı akytor: Ceffri Tembor - "Aşkar olan"
Komediya serialında ən yaxşı aktrisa: Cina Rodriqez "Bakirə"
Ən yaxşı telefilm və ya mini-serial: "Farqo"
Telefilm və ya mini-serialda ən yaxşı aktyor: Billi Bob Tornton "Farqo"
Telefilm və ya mini-serialda ən yaxşı aktrisa: Meqqi Cillenhol - "Kübar qadın"
Serial, mini-serial və ya telefilmdə ən yaxşı ikinci plan aktyoru: Mett Bomer "Adi ürək"
Serial, mini-serial və ya telefilmdə ən yaxşı ikinci plan aktrisası: Coann Froqatt "Daunton abbatlığı"

Rüstəm


Müəllif:
loading...