23 Yanvar 2015 11:17
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-dən etibarən Nizami Kino Mərkəzində “Oyunçu”, “Fatihin Fedaisi Kara Murat” və “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filmlərinin nümayişi başlanıb.

Mərkəzdən verilən məlumata görə, Türkiyə rejissoru Aytekin Birkonun çəkdiyi “Fatihin Fedaisi Kara Murat ” filmi tarixi dram və ekşn janrındadır. Ölkəsinin, xalqının, Osmanlı İmperatorluğunun və ailəsinin yolunda etdiyi fədakarlıqlarla ad çıxarmış Qara Murat Osmanlı İmperatorluğunun ən şanlı əsgəridir.

Qardaşı Orhan Çələbinin isə tək dərdi taxta çıxmaqdır və o, Sultan Muradın öz taxt-tacını gənc və cəsur oğlu Sultan Mehmetə verməsini fürsət bilib tələ qurur. Növbəti Amerika istehsalı olan “Oyunçu” filminin rejissoru Rupert Uayattdır. Həftənin gözlənilən nümayişi isə ABŞ və Kanada istehsalı olan “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filmidir. “Oskar”a bir neçə nominasiya üzrə namizəd olan filmin ssenari müəllifi və rejissoru Alexandro Qonsales İnyarritudur. Kinolent dramatik komediya janrındadır. Süjetin mərkəzində vaxtilə populyar superqəhrəman Birdman obrazını yaratmış aktyordur. İndisə o, eqosunun üstündən keçərək, brodvey quruluşlarında iştirak edib keçmiş şan-şöhrətini qaytarmaq qərarına gəlir. Baş rollarda Maykl Kiton, Zak Qalifianakis, Edvard Norton oynayır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər