23 Yanvar 2015 11:58
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nuriyyə Əhmədovanın səhhəti ilə bağlı xəbər var.

Ötən gün reanimasiyaya yerləşdirilən aktrisanın bacısı Sevil xanım Teleqraf.com-a açıqlamasında bacısının vəziyyətinin normal olduğunu bildirib. Onun sözlərinə görə, gecə saatlarında vəziyyəti pisləşən aktrisa təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib:

“Bayaq yanına getmişdim, məni tanıdı. Hələ ki, reanimasiya otağındadır. Həkimlər bizə dedilər ki, evə gedin, burda gözləməyin mənası yoxdur”.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsinin baş həkimi Zemfira Vahidovanın Publika.az-a verdiyi məlumata görə, N.Əhmədova insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

“Ayın 22-də gecə 03:30-da çağırış olub. Əvvəlcə səyyar həkim briqadası göndərilib. Daha sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq reanimasiya həkimi çağırılıb. Ona beyin-qan dövranının kəskin pozuntusu diaqnozu qoyulub. 6 saylı Birləşmiş Şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər