Azərbaycan Milli Xalça Muzeyində Bakı qrupuna aid “Novxanı” xalçasının hanadan kəsimi ilə bağlı mərasim keçirilib.
Teleqraf.com xəbər verir ki, muzeydə gözəl ənənəyə çevrilən bu mərasimdə muzeyin kollektivi ilə yanaşı, ziyarətçilər də iştirak ediblər.
Qeyd edək ki, yeni ərsəyə gələn sənət nümunəsi muzeyin kolleksiyasında qorunan XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid “Novxanı” xalçasının replikasıdır.
Əsər muzeyin Ənənəvi texnologiya şöbəsində xalçaçı rəssam Şəbnəm Piriyevanın texniki çeşnisi əsasında Gülxar Soltanova tərəfindən toxunub.