22 May 2014 11:25
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

67-ci Kann kinofestivalında Ukrayna inqilabı haqqında filmlər böyük ajiotaja səbəb olub.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, tamaşaçıların çoxluğu üzündən Ukrayna pavilyonunun ərazisi qonşuluqdakı Azərbaycan pavilyonu hesabına genişləndirilib.


“Maydan” filminin rejissoru Sergey Loznitsa buna məcbur olduqlarını bildirib. “Biz pavilyonlarımızı birləşdirdik. Azərbaycan pavilyonundakı həmkarlarımız “bizim torpağımız sizin torpağınızdır” deyərək buna imkan yaratdılar”, - deyə o vurğulayıb.


Müəllif: