29 May 2015 10:46
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Devid Tsvirner qalereyasında rəssam Yayei Kusamanın sərgisi ziyarətçilərə "The Obliteration Room" art-obyektinin yaradılmasına iştirak etmək imkanı verib.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, sərgi zalındakı ağ otağı ziyarətçilər demək olar, hər gün onu rəngli stikerlərlə bəzəyiblər, bununla da onlar müasir incəsənət hekayəsinə öz töhfələrini veriblər. Yekunda möhtəşəm bir layihə alınıb: otağın canlı interaktiv məkanı yuxarıdan aşağıya, tavandan xırda mətbəx əşyalarının səthinə qədər nöqtələr yapışdırılıb. Burada minlərlə əlvan konfetlərdən ibarət qabın partladığı təəssüratı yaranır.

Qeyd edək ki, "The Obliteration Room" Yayei Kusama tərəfindən 2002-ci ildə yaradılıb və rəssamla izləyici arasında qarşılıqlı təsir təcrübəsini nümayiş edir.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: