Türkiyədə yaşayıb fəaliyyət göstərən aktrisa Məlahət Abbasova sosial şəbəkədə qızından yazıb.
Teleqraf.com xəbər verir ki, aktrisa qızı Sudənin ilk dəfə çəkdiyi rəsm əsərindən bəhs edib: “Sudə əlinə ilk dəfə fırça alıb rəsm çəkdiyi gün hamımızı təəccübləndirdi. Artıq sənətin hansı sahəsinə qoyum bilmirəm?”.
Qeyd edək ki, Sudə Türkiyədə “Huzur sokağı”, “Babam için”, “İslam bülbülleri” kimi seriallarda baş rolları canlandırıb.
Rəqsanə Həsənova