Sentyabrın 18-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Milli Musiqi Günü kimi qeyd olunacaq. Teleqraf.com xəbər verir ki, həmin gün Teatr Muzeyində fond materialları əsasında bəstəkarın əsərlərinə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət “Üzeyir personajları rəssamların gözü ilə ” adlı sərgi təşkil olunacaq.
Muzeyə gələn qonaqlara sərgi ilə yanaşı, Azərbaycanda opera sənətinin yaranma tarixi və inkişafı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək və bəstəkarın yaradıcılığını əks etdirən video-çarxlar nümayiş olunacaq. Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək. Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək tədbirdə də Teatr Muzeyinin yuxarıda adı çəkilən sərgi ilə iştirak etməsi nəzərdə tutulur.
Nərmin