22 Sentyabr 2015 13:16
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gecə saatlarında əməkdar artist Kübra Əliyevanın oğlu dünyasını dəyişib.

Bu haqda Teleqraf.com-a danışan əməkdar artist oğlunun həbsxanada vəfat etdiyini bildirdi. Qeyd etdi ki, oğlu Rauf qaraciyər xəstəliyindən əziyyət çəkib: “Oğlum son aylar qaraciyər xəstəsi idi. Serroz idi. Sağaltmaq mümkün olmadı, mümkün olsaydı, əlimdən gələn hər şey edərdim. Qaraciyər artıq fəaliyyətini itirmişdi. Oğluma kömək edə bilmədim. Oğlum həbsxana xəsətəxanasında idi və bunu gizlətməyin mənası yoxdur. Həkimlər nələr etdilər, amma sağalda bilmədilər. Bir-iki saata dəfn edəcəyik, dəfn maşını gəlib. O qədər güclü oğlandır ki, mən onu evə qaldıra bilmirəm. Onu blokun qabağında stolun üstünə qoyduracam. Çünki evə qaldırmağa beş pəhlivan lazımdır. Mənim pəhlivan oğlum getdi. Ürəyim qan ağlayır”.

Qeyd edək ki, Rauf Məmmədov Bakıda aptekə basqın etməkdə təqsirləndirilib və azadlıqdan məhrum edilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər