“Cənab Prezident tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidirlər. O insanlar həyatı, davranışı, cəmiyyətdəki sözü ilə buna əməl etməlidirlər. Və öz nüfuzlarını saxlamalıdırlar”.
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, mədəniyyət sahəsində çalışan insanlar hər zaman diqqət mərkəzindədirlər və bunu onlar özləri də dərk etməlidir: "Mədəniyyət, şou -biznes sahəsi cəmiyyətə açıq olan sahədir. Orda gedən proseslər dərhal ictimaiyyətin diqqətinə çatdırılır. Hansısa zavodda rəhbər işçilər arasında problem yaşayanda bu barədə kim yazır? Heç kim. Sadəcə, mədəniyyət sahəsində çalışan insanların hamısı göz qabağındadır və bu kimi xəbərlər ictimaiyyət üçün də maraqlıdır. Ona görə mədəniyyət, şou-biznes sahəsindəki insanların öz daxillərində də məsuliyyət hissi olmalıdır. Onlar bilməlidirlər ki, hər bir sözləri, hərəkətləri cəmiyyətdə müəyyən əks-səda doğuracaq.
Mən kimə deyə bilərəm ki, bir-biri ilə dalaşmasınlar. Bu, mümkün deyil. Sadəcə, Cənab Prezident tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidir. O insanlar həyatı, davranışı, cəmiyyətdə sözü ilə buna əməl etməlidir. Və öz nüfuzlarını saxlamalıdır”.
Nərmin