23 Oktyabr 2015 13:28
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Oktay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tiflisdə keçirilən kinofestivalda nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər rejissorun yaradıcılığından söz açıb, “Qisas almadan ölmə...” filmi haqqında fikirlərini bölüşüblər. Qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də, müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.

Oktay Mir Qasım filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib.

Nərmin


Müəllif: