Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək.
Tamaşada Leyli rolunda istedadlı muğam ifaçısı Arzu Əliyeva, Məcnun rolunda isə əməkdar artist İlkin Əhmədov çıxış edəcək.
Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
"Leyli və Məcnun" 1908-ci ildən bəri fasiləsiz olaraq Opera və Balet Teatrının repertuarındadır.