3 illik fasilədən sonra yenidən sənətə qayıdan britaniyalı məşhur müğənni Adel "I-D" portalına ilk müsahibəsini verib.
Teleqraf.com xəbər verir ki, britaniyalı ulduz ailə həyatı qurduğu üçün 2012-ci ildə musiqi karyerasına fasilə verib. Bu yaxınlarda isə ifaçı "Hello" adlı mahnısına çəkdirdiyi klipi ilə yenidən böyük səhnəyə qayıdıb.
Ailə həyatından danışan 27 yaşlı müğənni etiraf edib ki, 3 yaşlı oğlu Ancelonu böyütməkdə çətinlik çəkir:
"Bu çox çətindir. Hərdən düşünürsən: "Hər kəs bunu edir, niyə axı bu qədər çətindir?"
Adel "Hello" mahnısının, eləcə də daha əvvəlki hiti "Someone Like You"nun konkret kiməsə həsr olunmadığını bildirib:
"Mahnı konkret heç kimə itfah olunmayıb. O, keçmiş sevgililər, dostlar və özüm haqqındadır. Mənim ailəm, həmçinin fanatlarım barəsindədir".
Adel uğurun ona rahatlıq vermədiyini də söyləyib:
"Bu məni qorxudur. Mən qorxuram ki, bu uğur məni məhv edər. Və mən ailəmi itirərəm. Sevdiyim insanların məndən uzaq qalacağından qorxuram. Uğur hərdən zəhərləyir".
Teleqraf.com Adelin ən sevilən mahnılarını təqdim edir:
Ramal