Beynəlxalq Mətbuat Mərkəzində Elnarə Xəlilovanın Hindistanda çəkirdiyi klipin təqdimat mərasimi keçirilib.
Mahnının adı “Eşq ilə boyan” adlanır. Mahnının sözləri Cavi Dan, musiqisi Sevda Məmmədli, aranjemanı isə Rasim Məmmədova aiddir. Klip haqqında Teleqraf.com-a danışan müğənni dedi ki, klip çəkilişi Hindistanda iki gün olub: “Hindistanda beş gün qalmağımıza baxmayaraq çəkilişlər iki gün oldu.
Klipimdə Hindistanın ekzotikasını, təbiətini görmək istəyirdim. Ekran əsərində Hindistan rəqqasları da çəkilib. Növbəti dəfə Yaponiya, Çin Dubayda da klip çəkdirə bilərəm. Bu sənətdə dəyişiklik üçün çox maraqlıdır. “Eşq ilə boyan” klipi Hindistanda da yayımlanacaq.
Bilmirəm klip necə alınıb? Onu tamaşaçılar deyə bilər. Amma əlimdən gələni etdim ki, adımızı batırmayaq. Deməsinlər ki, Azərbaycandan müğənni gəlib, oxuya bilmir. Mən işləməyi çox sevən insanam və Hindistanda kaprizim-filan yox idi”.
Klip Hindistanın ekzotik mənzərəsi, tarixi məkanları və təbiəti ilə seçilən Kerala ştatının Koçi şəhərində çəkilib. Klip hind okeanı körfəzi sahilləri, cəngəllik və şəhərin tarixi məkanlarında lentə alınıb.
Rəqsanə