Türkiyəli məşhur aktrisa Türkan Şoray Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, aktrisa Nizami Kino Mərkəzində rejissoru olduğu “Uzaklarda arama” adlı filmin təqdimat mərasiminə qatılıb.
T.Şoray Bakıya gəlməkdən məmnun olduğunu bildirib: “Bütün azərbaycanlıları öpürəm. Hər birinizi çox sevirəm, siz hər zaman qəlbimdəsiniz. Ana və qız üçün birlikdə işləmək həyəcanvericidir. O həyəcanı Yağmur da hiss etdi. Ona görə də Yağmur bir az şikayətçidir. Çünki iş prosesində ana deyildim ”.
Film dramatik komediya janrındadır. Filmin rejissoru Türkan Şoray, ssenari müəllifi Onur Ünlü, quruluşçu rejissor isə Yağış Ünala aiddir. Film Türkiyədə baş vermiş real bir hekayədən bəhs edir.
Filmin aktyor heyətində Yağmur Ünal, Ekin Türkmən, Sevda Erginci, Əlif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Turgay Ziya və başqa məşhurlar rol alıb.
Dekabrın 10-da T. Şoray Bakı Dövlət Universitetinin tələbələri ilə görüşəcək.
Rəqsanə
Fotolar: Rəşad Abbasov