11 Dekabr 2015 17:52
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası televiziya və radiolarda ədəbi dil normalarına riayət edilməsi haqqında monitorinqlərin nəticələri ilə bağlı hesabat verib. MTRŞ-ın hesabatında ədəbi dilin normalarını pozduğu deyilən aparıcılar Teleqraf.com-a danışıblar.

Azər Axşam: “MTRŞ-ın qərarı ilə razıyam. Azərbaycan dilində düzgün danışmaq və təbliğ etmək lazımdır. Təbii ki, nöqsanlar var və yavaş-yavaş düzəlməlidir. Dilimizdə vərdişə çevrilmiş sözlər var, onları düzəltməyə çalışırıq. Məsələn, musiqi gəlsin yox, musiqi səslənsin və s. deməliyik. Sözləri düzgün istifadə etmək lazımdır. Vaxtilə şou-proqramlarda aparıcılıq etdiyimizə görə bəzi loru sözlər, danışıq dilimizə daxil olub. Tənqid olmasa inkişaf da olmaz”.

Turan İbrahimov: “ATV səhər” verilişində səhərlər iki saat efirdə oluram. Reklam və s. var. Biz də insanıq. Müəyyən dil sürüşmələri olur. Danışıb sonra düzəltmək imkanımız yoxdur. Amma Azərbaycan ədəbi dilinin ümumi televiziya məkanında doğru ifadə olunması ilə bağlı monitorinqlərin tənqidlərini qəbul edirəm. Bundan sonra daha məsuliyyətli olmağa çalışacağıq”.

Lamiyə Ələkbərova: “Hər zaman “Həyat tərzi” verilişində əbədi dil normalarını pozmamağa çalışıram. Düşünürəm ki, pozmuşamsa az pozmuşam. Amma səhvlərimi düzəltməyə çalışacam. Məktəbi rus dilində bitirməyimə baxmayaraq, Azərbaycan dilində çox gözəl bilirəm”.

Vüsalə Əlizadə: “MTRŞ-ın qərarını normal qarşılayıram”.

Nərgiz Vahabqızı: “Hələ iradlarla tanış olmamışam. Məlumatı oxuduqda sonra cavablandıra bilərəm”.

Ülvira Qarayeva: “Sevindim ki, hörmətli MTRŞ yalnız bir səhv görüb. Qərəzsiz tənqiddən nəticə çıxarıram”.

Rəqsanə


Müəllif: