4 Fevral 2016 14:55
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur televiziya proqramlarının birində qonaq olan Orxan Pamuk yenə maraqlı fikirləri ilə yadda qalıb.

Moderator.az xəbər verir ki, son romanı “Qırmızı saçlı qadın”dan danışan yazıçı Türkiyə gündəmində baş verən hadisələrə də münasibət bildirib. Şərq ədəbiyyatında ata ilə oğulun münaqişəsinin daha qabarıq olduğunu deyən Pamuk bəzi ziddiyyətli məqamlarla bağlı danışıb: "Oğul həm azad bir şəxsiyyət kimi var olmaq istəyir, həm də şəfqətli ata arzulayır. Şəfqətli atalar isə oğullara müdaxilə edir”.

Orxan Pamukun münasibət bildirdiyi başqa bir məsələ isə Türkiyənin bir neçə universitetindəki narazılıqlarla bağlı olub. O, “Elm adamlarının qolunu burmaq Türkiyəyə yaraşmaz”, deyərək münaqişəni pisləyib.


Müəllif:

Oxşar xəbərlər