Macarıstanın paytaxtı Budapeştdə keçirilən Bədii gimnastika üzrə 3-cü Beynəlxalq “Bahar kuboku – 2016” turniri martın 27-də yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə Macarıstan Respublikasını təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə sahib olub. Turnirdə Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, Mina Abbasova əməkdar incəsənət xadimi Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.
Rəqsanə