29 Aprel 2016 19:16
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru və aktyoru Ceyhun Mirzəyevin 70 illik yubiley tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə sənətkarın yaxınları, sənət dostları iştirak edib, onunla bağlı xatirələrini bölüşüblər.

Kinorejissor Cəmil Quliyev bildirib ki, Ceyhun Mirzəyev Azərbaycan kinosuтвф əfsanəvi insan idi: "O kino ilə nəfəs alırdı. Və kinonun da qurbanı oldu. O, Qarabağın ağrı-acıları ilə yaşayırdı və biz bunu ekranda da görə bilərik. Bu mənada onun çəkdiyi "Fəryad" filmi mənəvi dəyəri yüksək olan film idi".

Onun sözlərinə görə Ceyhun Mirzəyev çox təvazökar bir insan idi:"Gənclərə hər zaman əl tutan insan idi Ceyhun. Mənə kinostudiyada iş verilməyəndə o hər zaman "Mozalan"ın qapılarını üzümə açmışdı".

Rejissor Elxan Qasımov bildirib ki, Ceyhun "Ögey ana","Fəryad" filmi ilə tarixdə qaldı: "Ceyhunu hər zaman özünə görə sevirdilər. Mən onu həmişə dost kimi xatırlayıram".

Sonda Ceyhun Mirzəyeva həsr olunan televiziya filmi nümayiş olunub.

Nərmin


Müəllif: