Tanınmamış Abxaziya Respublikası Rusiyanın tərkibinə qatılmaqla bağlı referendum keçirməkdən imtina edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Abxaziyanın "baş naziri" Artur Mikvabiya deyib.
Onun sözlərinə görə, Abxaziya Cənubi Osetiyanın addımını təkrarlamayacaq: "Osetiya xalqı böldü. Onların yarısı Rusiyada, digər hissəsi Cənubi Osetiyada yaşayır. Biz isə müstəqil respublika və Rusiyanın ən yaxın tərəfdaşı olmaq istəyirik".
Qeyd edək ki, Cənubi Osetiyada gələn ilin aprelin 11-də Rusiyaya birləşməklə bağlı referendum keçiriləcək.
Samir