15 İyun 2016 20:55
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

TRT-də yayımlanan Ramazan proqramında “Namaz qılmayan heyvandır” deyən professor Mustafa Aşkar "Akit" qəzetinə müsahibəsində bildirib ki, fikirləri yanlış anlaşıldığı üçün ictimaiyyətdən üzr istəyib.

"Amma sözümün üstündə dururam. Geri çəkilmirəm. Mənim dediklərim elmi təsdiqdir. Sözlərim İslama həqarət edənlər tərəfindən müzakirəyə çıxarıldı. Allahın yaratdığı insana "heyvan" demək mən səlahiyyətimdə deyil. İslamın ənənəvi mədəniyyətinə baxdıqda mənim dediklərimdən daha ağır ifadələrin işlədildiyinə rast gələ bilərik. Məsələn Şafi məzhəbinə görə, namaz qılmayanlar öldürülür. Hənəfi məzhəbinə görə isə namaz qılmayanlar həbs edilir. Bunlar fiqh kitablarında var. Mənim niyyətim kimisə incitmək deyil. Kimsə namaz qılmırsa hesabını Allah soracaq. Mən doğru bildiyimi söylədim və bu zaman üslub xətasına yol verdim. Buna görə də üzr istədim", deyə Mustafa Aşkar qeyd edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər