Fransanın sabiq prezidenti Nikola Sarkozi Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların tədricən aradan qaldırılmasının tərəfdarıdır.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Sarkozi bu barədə Peterburq beynəlxalq iqtisadi forumuna yola düşməzdən əvvəl bildirib.
"Biz daha bir "soyuq müharibə" lazım deyil. "Dəmir pərdə" aradan qaldırıldıqdan sonra yenidən Rusiya və Avropanı biri-birindən ayıran sitasi səddi bəyənə bilmərəm", - Sarkosi Frans Press-ə bildirib.
"Rusiya-Avropa münasibətlərində pozitiv cəhdlər vacibdir. Tədricən və qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılması, tərəflərin qarşılıqlı addımları belə cəhdlərdən biri ola bilər", - Sarkozi deyib.
Sabiq prezident ABŞ-ın Avropada raket əleyhinə müdafiə qurğuları ilə bağlı siyasətini də tənqid edib: "Mən hələ 2010-cu ildə təklif etdim ki, Rusiya da Avropada raket əleyhinə müdafiə qurğuları layihəsinə qoşulsun. Ona görə ki, bu halda ruslar həmin qurğuların onlara qarşı yönəldiyini düşünməyəcəkdilər. Bu, düzgün qərar idi, lakin qəbul olunmadı", - Sarkozi deyib.
Fransanın sabiq prezidneti ABŞ lideri Obamanı da tənqid edib: "Hətta mən Amerika xalqına dost münasibətimi də nəzərə alıb açıq şəkildə deyiləm: Fransanın düşməni və ya dostunun kim olduğunu Obama müəyyən etmir".
Nihad