İsrailin "Haaretz" qəzeti iyunun 26-da Türkiyə ilə sonuncu, qərar görüşü keçiriləcəyini iddia edib.
Teleqraf.com-un məlumatına görə, danışıqların son hissəsi "Həmas" təşkilatının İstanbul bürosunun bağlanması ilə bağlı İsrail tərəfinin tələblərinə həsr olunacaq.
Qəzetin məlumatına görə, iki ölkənin diplomatları hələlik yeri tam dəqiqləşməyən bir Avropa ölkəsində üz-üzə əyləşəcəklər. Qəzetə danışan bir İsrail diplomatı bunun son görüş olacağını və uyğun qərar veriləəcyini deyib.
Danışıqları Türkiyə tərəfdən bu ölkənin BMT-dəki təmsilçisi Firudin Siniroğlu, İsrail tərəfdən isə baş nazir Netanyahunun xüsusi təmsilçisi Josef Ceaçanover aparır.
Məlumata görə, iki ölkənin münasibətlərinin qaydaya düşməsində son problem "Həmas"ın İstanbul bürosunun qapadılması ilə bağlıdır.
İsrail-Türkiyə münasibətləri 2010-cu il mayın 31-də Fələstinə humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hərbi müdaxilədən sonra kəsilb. İsrail ordusnun gəmiyə hücumu zamanı 9 türk həlak olub.
Buna baxmayaraq, İsrail tərəfi Türkiyə ilə əlaqələri yoluna qoymaq üçün davamlı təşəbbüs göstərib.
Mahir