Britaniyanın cənub-şərqində sel və daşqın Aİ referendumunda səsverməyə gedənlərin yolunda əngələ çevrilib. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, daşqın nəticəsində Londonda bir neçə metro stansiyası bağlanıb.
Ötən gecə ərzində London yanğınsöndürənlər briqadası 550-dək təcili yardım zəngi alıb və 400-dən çox xətalı hadisənin aradan qaldırılmasında iştirak edib.
Londonun bəzi rayonlarında binaları və evlərı sel basıb, ildırım vurub. Meteoroloji Ofisin bildirdiyinə görə, bəzi ərazilərdə yağıntının hündürlüyü 40 mm olub.
Hava şəraitinə görə, bir neçə dəmiryol stansiyasının işi pozulub. London dəmiryol xəttləri şəbəkəsi sözçüsünün bildirdiyinə görə, "müxtəlif istiqamətlərdə daşqın və ildırım çaxması" problemlərə səbəb olub.