Roma Papası Fransiskin Ermənistana səfərinin Cənubi Qafqazın xüsusilə belə bir çətin məqamda ehtiyac duyduğu sülhə və təhlükəsizliyə töhfə vermədiyini təəssüflə müşahidə etdik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyatanda deyilir ki, səfər zamanı onun qondarma "soyqırımı abidəsi"ni ziyarət etməsi, 1015-ci il hadisələri ilə bağlı açıqlamaları, erməni katolikosu ilə ortaq bəyanatı, onun 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və hüquqa sığmayan erməni iddialarına şərtsiz bağlılığını nümayiş etdirib: "Ermənistandakı bəyanatları ilə Papa Birinci Dünya müharibəsi zamanı yaşanan əzablar və verilən itkilərlə bağlı dini ayrı-seçkiliyi ortaya qoyub. Halbuki, papalıq kimi ülvi bir vəzifəni icra edən şəxslərin gələcək nəsillərə dostluq və sülhü miras qoyması, hüquqa hörmət etməsi və uzlaşdırıcı mövqe nümayiş etdirməsi gözlənilirdi". (APA)