28 İyun 2016 15:49
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Danışıqlar bitənə qədər Böyük Britaniya Avropa Birliyinin qaydalarına əməl etməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Londonun yeri hələ ki Avropa Birliyidir.

Merkel əlavə edib ki, Britaniya hökuməti ittifaqdan çıxmaqla bağlı formal bəyanatla çıxış etməsə, Avropa Birliyinin rəsmiləri Londonun nümayəndələri ilə danışıqlar aparmayacaq: "Bəyanat verildikdən sonra oriyentirlər hazırlanacaq və bundan sonra danışıqlara başlamaq olar".

Almaniyalı diplomat xatırladıb ki, Böyük Britaniya Lissabon razılaşmasının 50-ci maddəsi ilə ittifaqa müraciət etdikdən sonra ikitərəfli danışıqlar başlayacaq: "Bu müddət yekdil qərar vasitəsilə uzana bilər. Sonda Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı saziş hazırlanacaq. Danışıqlar bitənədək Britaniya ittifaqın üzvü sayılır və Avropa Birliyinin qaydalarına əməl etməlidir".

Merkel Britaniyanın gələcək taleyi ilə bağlı fikirlərini də bölüşüb: "Avropa Birliyinin üzvü olan və olmayan ölkələr arasında fərq həmişə olacaq. Bu ailədən çıxmaq istəyən ölkə ittifaqda hansısa vəzifəyə ümid edə bilməz. Ancaq imtiyazlar qalacaq, məsələn, Avropadakı bazarlara girmək istəyən hər kəs ittifaqın əsas qaydalarını qəbul etməlidirlər. Bu digər ölkələr kimi Britaniyaya da aid ediləcək".

Qeyd edək ki, iyunun 23-də Britaniyada keçirilən referendum zamanı seçicilərin əksəriyyəti "Brexit"in lehinə səs verib.

Samir


Müəllif:

Oxşar xəbərlər