4 İyul 2016 19:52
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Türkiyəni İŞİD-ə qarşı vuruşmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Tramp bildirib ki, Atatürk hava limanındakı terroru İŞİD törətdiyi üçün Türkiyə bu qruplaşmaya qarşı daha fəal mübarizə aparmalıdır: "Çox güclü ordusu olan Türkiyə təkbaşına İŞİD-i yox edə bilər".

D.Trampa sual vermək istəyən "Milat" qəzetinin müxbiri Yusuf Serçə "Türkiyədənəm, bir sualım var" deyincə prezidentliyə namizəd "Doğrudanmı, Türkiyədənsiz? Təbriklər. Əslində Türkiyədə böyük biznesim var. Məndən Türkiyə haqda danışmağımız istəyir. Sanki qarşımda bir dostum var. Dostmuyuq, ya düşmən?".

Jurnalist isə "biz nə dost, nə də düşmənik. Sadəcə sual vermək istəyirəm" deyə dialoqu tamamlayıb.

Ruslan


Müəllif: