BMT Təhlükəsizlik Şurası Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı bəyanatı razılaşdıra bilməyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misir ABŞ-ın təklif etdiyi bəyanat layihəsinə qarşı çıxış edib.
Məlumata görə, ABŞ-ın təklif etdiyi bəyanat layihəsində aşağıdakı ifadə əks olunub: “Türkiyədə bütün tərəflər demokratik yolla seçilmiş hökumətə hörmətlə yanaşmalı, təmkinlik nümayiş etdirməli, zor və qan tökməkdən çəkinməlidir”.
Misir tərəfi bəyanatın mətnini aşağıdakı variantda verməyi təklif edib: “Türkiyədə bütün tərəflər demokratik və konstitusion prinsiplərə və hüququn aliliyinə hörmətlə yanaşmalı, zor tətbiq etməkdən və qan tökməkdən çəkinməlidir”.
Nəticədə sənəd bloklanıb və bəyanat dərc edilməyib.