Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aparıcı siyasi partiyaların liderlərilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, görüş iyulun 25-də Prezident Sarayında keçiriləcək.
Görüşdə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım iştirak edəcək.